Fransanın borcu tarixi maksimuma yüksəldi

Fransanın borcu tarixi maksimuma yüksəldi

Avropa Birliyinin (AB) 16 ölkəsində dövlət borcu tarixi maksimuma yüksəlib.
Aktual.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Məlumata görə, AB-nin 27 ölkəsinin ümumi dövlət borcu ilin birinci rübündə 327,3 milyard avro artaraq 15,705 trilyon avroya çatıb. Bu, müasir tarix üzrə ən yüksək göstərici hesab olunur.
Bildirilib ki, ən böyük dövlət borcu Fransada qeydə alınıb. Ölkənin borcu 75,6 milyard avro artaraq 3,536 trilyon avroya yüksəlib. Siyahıda ikinci yerdə 3,158 trilyon avro borcla İtaliya, üçüncü yerdə isə 2,902 trilyon avro borcla Almaniya qərarlaşıb.
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR