Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord

Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord

Avropa İttifaqının (Aİ) üzv olan 16 üzv ölkəsində dövlət borcu tarixi rekord qırıb.

Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti" Avropa Statistika İdarəsinin (Eurostat) açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, Aİ-yə daxil olan 27 ölkə üzrə ümumi dövlət borcunun həcmi birinci rübdə 15 trilyon 705 milyard avroya yüksəlib - bu, 1994-cü ildən bəri maksimal səviyyədir.

Eyni zamanda, ən yüksək dövlət borcu həcminə Fransa, İtaliya və Almaniya malikdir. Bu ölkələrdə dövlət borcu müvafiq olaraq 3 trilyon 536 milyard, 3 trilyon 158 milyard və 2 trilyon 902 milyard avro təşkil edir.

Bundan əlavə, 2026-cı ilin birinci rübünün yekunlarına görə İspaniya, Belçika, Avstriya, Finlandiya, Rumıniya, Macarıstanda da dövlət borcu tarixi maksimuma çatıb. Slovakiya, Xorvatiya, Litva, Lüksemburq, Latviya, Malta və Estoniya da oxşar problemlə üzləşib.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR