ABŞ Kuba ilə bağlı QƏRAR VERDİ

ABŞ Kuba ilə bağlı QƏRAR VERDİ

ABŞ Kubaya ilk humanitar yardım təyyarəsini göndərib.
Aktual.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, bu, ümumi dəyəri 100 milyon dollar olan yeni humanitar yardım paketinin çatdırılmasına başlanğıcdır. Yardım çərçivəsində 700 Kuba ailəsi üçün ərzaq məhsulları və gigiyena dəstləri də yer alır.
Bildirilib ki, yardım "Katolik Yardım Xidməti” və yerli kilsə nümayəndələri vasitəsilə paylanacaq.
Qeyd edək ki, Vaşinqton daha əvvəl də "Melissa” qasırğasından zərər çəkmiş bölgələrə 9 milyon dollar dəyərində humanitar yardımın çatdırılması üçün katolik təşkilatları ilə əməkdaşlıq edib.
ABŞ dövlət katibi Marko Rubio sözügedən yardım paketini hələ may ayında elan etmişdi. Vaşinqton bu təşəbbüsün Kuba xalqına dəstək məqsədi daşıdığını bildirsə də, eyni zamanda Havana hökumətinə qarşı maliyyə sanksiyalarını sərtləşdirir və neft tədarükünə məhdudiyyətlər tətbiq edir.
Kuba hakimiyyəti əvvəlcə bu təklifə ehtiyatla yanaşaraq, ölkədə elektrik enerjisi kəsintiləri və məhsul qıtlığında ABŞ-ı ittiham etmişdi. Lakin ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə aparılan danışıqlardan sonra rəsmi Havananın humanitar yardımı qəbul etdiyi bildirilir. (konkret.az)
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR