FHN Bakı Avropa Liseyində təlim keçirib - VİDEO - FOTO

FHN Bakı Avropa Liseyində təlim keçirib - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən Bakı Avropa Liseyində "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-dən Aktual.az-a verilən xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən liseyin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Praktiki hissədə şərti yanğın zamanı "Həyəcan” siqnalı verildikdən sonra liseyin köçürmə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğınsöndürənlər tərəfindən "yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, "yanğının söndürülməsi” və "xilasetmə” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR