"Qarabağ" fərqli rəqibə qarşı çıxış edəcək.
Aktual.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis ilk matça intizamlı oynamaq istədiklərini bildirib:
"Əvvəlcə jurnalistlərimizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib fərqlidir, hər görüşdə fərqli formada çıxış edirlər. Lakin inanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər".
Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Xəbər 74 dəfə oxunub.