Evlənmək istəyən 85 nəfərdə QİÇS çıxdı

Evlənmək istəyən 85 nəfərdə QİÇS çıxdı

Keçən il iyunun 1-dən bu ilin mayın 1-nə kimi nikaha daxil olmaq istəyən 139 700 nəfər tibbi müayinədən keçib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, müayinədən keçmiş 7171 nəfərdə talassemiya daşıyıcılığı, 458 nəfərdə sifilis, 85 nəfərdə isə QİÇS aşkar olunub:

`Müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin
əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub`.

O, əlavə edib ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və
bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR