Ətin qiyməti qalxıb?

Ətin qiyməti qalxıb?

Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb.

Aktual.az  bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevbununla bağlı azvision.az -a açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir. 

"Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur", - deyə nazirlik rəsmisi vurğulayıb.

M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cuzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü". 

M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur.

Qeyd edək ki, sakinlərin b

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR