Azərbaycanlı zəvvarların İranda yanan avtobusu ilə bağlı AÇIQLAMA

Azərbaycanlı zəvvarların İranda yanan avtobusu ilə bağlı AÇIQLAMA

İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumatda bildirilir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb:
"Lakin zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qururmlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur. Ötən həftə verdiyimiz məlumata əsasən bildirək ki, məhz Məşhəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu müddət ərzində sərnişinlərdən xahiş olunur ki, bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ şəhərlərə olan qanuni daşımalarımızdan istifadə etsinlər”.
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR