Regionlarda indi kadr islahatı aparılır. Təbii ki, müəyyən yerlərdə ixtisarlar gedir, şişirdilmiş rəqəmlər var, bəllidir. Ayrı-ayrı nazirliklərdə, strukturlarda o ixtisarlar həyata keçirilir. O cümlədən regionlarda icra hakimiyyətləri və yerli icra nümayəndəliklərini qeyd etmək istərdim. Yerli icra nümayəndəliklərində dörd nəfər işləyir. Onun da ikisi ixtisara gedir. Bir kənd təxminən iki nəfərin ixtiyarında qalır.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, həkimlərdən müraciət edirlər ki, poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür:
"Ya iş təcrübəsi azdır, ya dediyim kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşür. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır”.
Xəbər 19 dəfə oxunub.