Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Ermənistanda həbs edilən azərbaycanlı hərbçi Nəsimi Musayev bu ölkənin ikinci prezidenti Robert Köçəryanla qonşu kamerada saxlanılır.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif "Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında bildirib.

A.Qriqoryanın sözlərinə görə, Ermənistan sərhədini keçərək Zəngəzur bölgəsinin Şəki kəndində daxil olan Nəsimi Musayev "Yerevan-Kentron” İstintaq Təcridxanasında saxlanılır və ona yaxşı şərait yaradılıb.O, Nəsimi Musayevin saxlanma şəraiti ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın saxlanma şəraitini müqayisə edib.

Deputat bildirib ki, qonşu kamerada saxlanılan Ermənistanın ikinci prezidenti Robert Köçəryan şəraiti xeyli pisdir.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar. 
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Robert Köçəryan isə avqustun 25-də saxlanılıb. Keçmiş prezidentə qanunsuz əmlak əldə etmə işi üzrə ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, Köçəryan prezidentliyi dövründə bir qrup şəxslə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar dəyərindən aşağı qiymətə əldə edib.

Avqustun 27-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Eyni cinayət işi çərçivəsində Köçəryanın oğlu Sedrak Köçəryan da iki aylıq müddətə həbs edilib. Oktyabrın 23-də Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.

Cinayət işi üzrə Köçəryan ailəsinə məxsus 35 əmlak vahidi araşdırılır. Şirkətlərin bir hissəsinə isə möhür vurulub.

Oktyabrın 14-də Apellyasiya Məhkəməsi Ermənistanın ikinci prezidentinin vəkillərinin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR