Hansı müəllimlərin maaşı artacaq?

Hansı müəllimlərin maaşı artacaq?

2027-ci ilin dövlət büdcəsində təhsil sahəsinin inkişafı, təhsilin keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün vəsait ayrılması nəzərdə tutulub.

Aktual.az unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin dörd komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Vitse-spiker bildirib ki, qarşıdakı ildə əsas prioritetlər sırasında uşaqların məktəbəqədər təhsilə daha geniş cəlb olunması və peşə təhsilinin inkişafı yer alır.

O qeyd edib ki, sertifikatlaşdırmada uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələrin ödənilməsi üçün 286,4 milyon manat vəsaitin ayrılması müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR