İtaliya Ukraynaya hərbi yardımı dayandırır: Silah yoxdur...

İtaliya Ukraynaya hərbi yardımı dayandırır: Silah yoxdur...
  • DÜNYA

İtaliya öz silah ehtiyatlarını artırmaq zərurəti ilə əlaqədar Ukraynaya hərbi yardımı dayandıra bilər.

Aktual.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

"İtaliyanın yaxın vaxtlarda olmasa da, Ukraynaya silah tədarükünü dayandırması istisna edilmir. Almaniya da "Patriot” sistemlərinin tədarükü ilə bağlı belə addım atıb. Bunun əsas səbəbi milli təhlükəsizlik maraqlarını təmin etmək və silah anbarlarını boşaltmamaq zərurətidir. Çünki hərbi sənaye ehtiyatlarını qısa müddətdə bərpa etmək mümkün olmaya bilər”, - məlumatda deyilib.

Qeyd olunub ki, İtaliyanın müdafiə naziri Qvido Krozetto artan təhdidlər fonunda Romanın Kiyevin hava hücumundan müdafiə sistemləri ilə bağlı tələblərini hazırkı şəraitdə qarşılamaq imkanında olmadığını bildirib.

Nazir parlamentin təhlükəsizlik üzrə "Copasir” komitəsinin qapalı iclasında 13-cü yardım paketini təqdim edib. Ukraynaya göndəriləcək yardımların tam siyahısı isə məxfi saxlanılır. Paketə əsasən mülki təyinatlı materiallar və daha əvvəl tədarük edilmiş "Samp-T” hava hücumundan müdafiə sistemləri üçün komponentlər daxil edilib. Lakin "Aster” raketlərinin ehtiyatı xeyli məhduddur.
Xəbər 26 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR