Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib.

Aktual.az  apa-ya istinadən xəbər verir ki, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova sabah dəfn olunacaq.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . "Pirverdinin xoruzu”, "Yaramaz ”, "Yuxu”, "Cavid ömrü ” və d. filmlərdə yaddaqalan obrazlar canlandırıb.

16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Allah rəhmət eləsin!
Xəbər 1129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR