Elektron viza sisteminin veriləcəyi tarix AÇIQLANDI

Elektron viza sisteminin veriləcəyi tarix   AÇIQLANDI

Bu ilin sentyabrından etibarən elektron viza sistemi işə düşəcək və bu prosedurun yaratdığı maneələr aradan qalxacaq.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs QarayevFransanın "I-Tourisme" jurnalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, viza ilə bağlı problemlər artıq həll edilib.

Ə.Qarayev hesab edir ki, Azərbaycandan Fransaya birbaşa aviareyslər də turizmi inkişaf etdirməmizə töhfə verəcək: "Bütün görülən işlərə baxmayaraq, fransız turistləri hələ ki hərəkətə keçməyib. Mən buna təəssüf edir, lakin ümidimi itirmirəm. Mən 2017-ci ildə də səylərin davam etdirilməsi haqqında göstəriş vermişəm. Fransada heç kəs bilmir ki, Aleksandr Düma Azərbaycana gəlib və hətta burada onun adına küçə var. Fransa Turizm Agentlikləri ilə əməkdaşlığımızın məqsədi də fransız turizm peşəkarlarını bizim istiqamətin bütün üstünlükləri barədə məlumatlandırmaqdır".

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR