"Eldar Mahmudovun nə dayısı oğlu, nə əmisi oğlu, nə də..."


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "MTN işi"ndə adının hallanmasına münasibət bildirib.
Aktual.az xəbər verir ki, E.Behbudov qafqazinfo-ya açıqlamasında deyib ki, onu bu məsələyə görə heç bir quruma çağırmayıblar: "Mən Eldar Mahmudovun nə dayısı oğluyam, nə əmisi oğluyam, nə də xalası oğluyam. Onunla nə də kommersiya əlaqələrim var. Mən hüquq müdafiəçisiyəm. MTN, DİN və Müdafiə Nazirliyi ilə də əməkdaşlıq edirəm. Bizim MTN-dəki fəalkiyyətimiz ancaq işgüzar əlaqələr olub, başqa şey ola da bilməz. Gedirdik, şərait yaradırdılar, monitorinqimizi keçirib gəlmişik. Nöqsan aşkarlananda da rəhbərliyə çatdırmışıq. Eldar Mahmudov nə edibsə, buna özü cavabdehdir. Məni heç yerə çağırmayıblar, barəmdə də araşdırma aparılmır, heç bir xəbərdarlıq da olunmayıb. Elçin Behbudov MTN-də monitorinq keçirir deyə paxıllıq edirlər".

Komitə sədri bildirib ki, Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra MTN-də monitorinq keçirməyib: "Biz ayda bir dəfə monitorinq keçiririk. Bu ay, hələ ki, ora getməmişik. Saxlanılan MTN vəzifəlilərilə görüşməmişəm. Çünki müraciət edən olmayıb, olsa, baş çəkəcəyik. MTN-in istefada olan əməkdaşları zəng edib mənə deyirlər ki, Eldar Mahmudov nazirlik demək deyil. Amma ona görə nazirliyi təhqir edirlər, oradakı digər işçiləri aşağılayırlar".

Hüquq müdafiəçisi qeyd edib ki, MTN-lə bağlı ona iki şikayət daxil olub: "MTN-də iş adamlarını şantaj ediblər, onun mənə nə aidiyyəti var? Bu illər ərzində heç bir iş adamı mənə MTN-lə bağlı şikayət etməyib. Bizə bir neçə dəfə şikayət olub ki, MTN-də onlara qarşı qeyri-insani hərəkətlər edilib. Onlardan biri Səid Dadaşbəylinin islamçı dəstəsi idi, bir də Pərviz Həşimli idi. O müraciətləri də mən rəhbərliyə çatdırmışam".

Xəbər 1442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR