Avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888 min 320, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,8 faiz artaraq 61 min 805 təşkil edib.
Dövlət Vergi Xidmətindən Aktual.az-a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5 faiz artıb və 243 min 263 olub.
Xəbər 50 dəfə oxunub.