Şimali Koreya qoşunları cəbhənin müəyyən hissələrində, ehtimal ki, Ukraynanın şimalındakı Sum vilayətində Rusiya bölmələrini əvəz edə bilər.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu, Rusiyaya öz qüvvələrini Liman taktiki bölgəsinə köçürməyə imkan verər:
"Cəbhənin ayrı-ayrı hissələrində Rusiya hərbçilərini Şimali Koreya bölmələri əvəz edə bilər. Şimali Koreya zabitləri artıq dövlət sərhədində fəaliyyət göstərib, burada döyüş təcrübəsi əldə edib və kəşfiyyat fəaliyyəti həyata keçiriblər. Vacib məqam odur ki, Şimali Koreya əsgərləri artıq uzun müddətdir Rusiyanın Kursk vilayətindəki arxa cəbhəsində yerləşirlər. Onlar hazırda Sum və ya Xarkov istiqamətlərində fəaliyyət göstərən Rusiya bölmələrini əvəz edə bilərlər. Bu, onların Ukrayna ərazisinə daxil olmasına səbəb ola bilər. Hələlik Şimali Koreya hərbçilərinin Ukrayna ərazisində olduğuna dair heç bir əlamət qeydə almayıb. Belə bir yerləşdirmə baş verərsə, bu, Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakının daha da genişlənməsi demək olacaq”.
Xəbər 45 dəfə oxunub.