Azərbaycanda problemli kreditlərin məbləği artıb

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq, milli valyuta ekvivalentində 34155,1 milyon manat təşkil edib.

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ümumi kredit portfelinin 28353,9 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,0 faizi banklar, 6,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 36,6 faiz artaraq 723,0 milyon manat olub və ümumi kredit portfelinin 2,1 faizini təşkil edib.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR