Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir

Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir

Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir. Təşkilatçılar sentyabrın 20-dən 27-dək dünyanın 156 ölkəsində 5,2 min iqlim tətilinin keçiriləcəyi haqda bəyan ediblər.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə iqlim müdafiəsi uğrunda tətil hərəkatının yaradıcısı Qreta Tunberq özünün "Twitter” hesabında məlumat yayıb.

İsveçli məktəbli Tunberq ötən il məktəbdə dərs keçmək əvəzinə hakimiyyət orqanlarından iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini gücləndirmək tələbi ilə İsveç parlamentinin qarşısına gəlib. Tunberqin təşəbbüsü "FridaysForFuture” - beynəlxalq cümə günləri hərəkatına çevrilib. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun rəyinə görə, bəşəriyyət istiləşmənin azı 1,5 dərəcədən yuxarı qalxmamasından ötrü karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Lakin indiyədək yalnız 12 ölkə tullantıların azaldılması üzrə öhdəliklərini rəsmi şəkildə təsdiqləyiblər.

"Qlobal iqlim tətilləri sentyabrın 20-dən 27-dək keçiriləcək: 156 ölkədə 5225 aksiya”, - deyə məlumatda bildirilir.

"FridaysForFuture” hərəkatının fərziyyəsinə görə, ən irimiqyaslı aksiyalar ABŞ və Avropada keçiriləcək.

İqlim tətilləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda sentyabrın 23-də işə başlayacaq iqlim sammitinə həsr olunur. Sammitdə ölkə rəhbərləri qlobal istiləşmənin qarşısının alınması üzrə fəaliyyəti müzakirə edəcəklər.
Xəbər 917 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR