Dünya çempionu titullu azərbaycanlı həbs edildi - Rusiyada

Dünya çempionu titullu azərbaycanlı həbs edildi   - Rusiyada
  • İDMAN

Qaydasız döyüş ustası Sadiq Kərimov Rusiyanın Sankt-Peterburq şəhərində quldurluq şübhəsi ilə həbs edilib. 

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı Sankt-Peterburqun istintaq idarəsi yayıb. 

Sadiq Kərimov 2012-ci ildə Azərbaycan millisinin tərkibində, 74 kiloqram çəki dərəcəsində dünya çempionu olub. 

İstintaqın ehtimalına görə, 2012-ci ilin payızında Sadiq Kərimov naməlum şəxslərlə birlikdə kafedə iki müştərini bıçaqla hədələyərək, onların 3 milyon rubl pulunu alıb. 

Daha sonra başqa bir kafeyə gedən Sadiq Kərimov və dostları tapança ilə hədələməklə orada da pul tələb ediblər, ardınca isə "borc" əvəzinə zərərçəkənin BMW markalı avtomobilini götürüblər. 

31 yaşlı Sadiq Kərimova qarşı Rusiya Federasiya Cinayət Məcəlləsinin "quldurluq" maddəsi ilə cinayət işi başlanılıb, ona ittiham elan edilib. 

Aktual.az

Xəbər 2658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR