DSX İranla sərhəddə əməliyyat keçirdi: saxlanılan var

DSX İranla sərhəddə əməliyyat keçirdi: saxlanılan var

İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Aktual.az-a DSX-nin Mətbuat Mərkəzindən Məlumat verilib.
Keçirilmiş əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Həsən Fərman oğlu Zeynalov saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR