DSMF işçi axtarır

DSMF işçi axtarır

Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib.

Bu barədə  fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata əsasən, komissiya həmin yerlərin tutulması üçün yeni müsabiqə elan edib.

Hazırda fond üzrə 278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.

Qeyd edək ki, ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti vəzifələrə təyin olunub.

Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR