"Daha böyük sürüşmə ola bilər" - XƏBƏRDARLIQ


Dünən yağan intensiv yağış həm Bakıya daxil olan əsas yolda, həm də avtovağzala tərəf yönələn yolda çatların dərinləşməsinə və yeni çatların yaranmasına səbəb olub.
Aktual.az modern.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O qeyd edib ki, yağışlar nəticəsində və ümumiyyətlə, ağırlıq qüvvəsinin təsiri nəticəsində çatlarda genişlənmə olub.

"Belə bir təhlükəli vəziyyət yaranıb. Yağışlar artıqca hər an təhlükə də artır. Həmin əraziyə torpaq tökülüb və üstündən asfalt çəkilib. Yağışlar yağdıqca isə təbii olaraq avtovağzal tərəfə meyillənmə olur".

Ə.Piriyev qeyd edib ki, yağışlar nəticəsində istinad divarları avtovağzal tərəfə 60 sm sürüşüb.

"Yağışların intensivləşməsi nəticəsində daha da böyük sürüşmə ola bilər. Burada artıq hansı fəsadların yarana biləcəyini oranı tikən şəxslərdən, şirkətdən soruşmaq lazımdır ki, ərazini standartlara, tələblərə uyğun tikib, ya yox.

Çünki texniki şərtlərə əməl olunub, olunmamasını onlar bilir və onların necə tikmələrindən asılı olaraq burada təhlükəli vəziyyət davam edə bilər".

Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR