Cahangir Əsgərovun qızı əcnəbi vətəndaşla evləndi - Fotolar

 Cahangir Əsgərovun qızı əcnəbi vətəndaşla evləndi - Fotolar

Ötən gün Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızına toy edib.

Aktual.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, "Azal” prezidentinin bu qızı da əcnəbi ilə ailə qurub. Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.
Toy mərasimi Bakıda baş tutub.
Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, "Gazelli Art House” incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə "Sedition art" və "Saatchi Online" şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar "Reuters" agentliyində müxbir olaraq da çalışıb.
Onu da əlavə edək ki, Əsgərovun digər qızı Cəmilə Əsgərova "Gazelli Azerbaijan" kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir.




Xəbər 1357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR