Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Aktual.az fərmanın mətnini təqdim edir:
1. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 331 (Cild I); 2024, № 2, maddə 155) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.2.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 4.2.3-cü yarımbənd ləğv edilsin;
1.2. 4.3-cü və 4.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
"4.3. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):
4.3.1. Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.3.2. bu Fərmanın 4.1-ci, 4.2-ci və 4.4-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktlarında, o cümlədən "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində təsisçinin səlahiyyətlərininə aid edilmiş digər məsələlərin həlli.
4.4. Agentliyə:
4.4.1. əməyin ödənişi fondunun və işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) ilə razılaşdırmaqla müəyyən edilməsi.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 yanvar tarixli 286 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 26) ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.12-ci yarımbəndinə "müəssisələrinin” sözündən sonra "özəlləşdirməqabağı sağlamlaşdırılması və” sözləri əlavə edilsin.
3. "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 675 nömrəli Fərmanı) 2-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilsin:
"2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2.1.2. Cəmiyyətin icra orqanının yaradılması;
2.1.3. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):
2.2.1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
2.2.2. bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
3.2.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
3.2.5. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;
3.2.6. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
3.2.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;
3.2.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
3.2.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.11. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək;
3.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən – sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.”.
4. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 26 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 675 nömrəli Fərmanı) 2-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilsin:
"2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2.1.2. Cəmiyyətin icra orqanının yaradılması;
2.1.3. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):
2.2.1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
2.2.2. bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə Ümumi Yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
3.2.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
3.2.5. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırmasını təsdiq etmək və icrasını təmin etmək;
3.2.6. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
3.2.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;
3.2.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;
3.2.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.11. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək;
3.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən – sədrdən və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 749, № 11, maddə 1018; 2026, № 1, maddə 24; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli 723 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1-ci bəndin dördüncü abzasının ikinci cümləsinə "Holdinqinin” sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)” sözləri əlavə edilsin;
5.2. "7. Tədbirlər planı” hissəsi üzrə:
5.2.1. "Əsas icraçı orqan (qurum)” sütununa "(qurum)” sözündən sonra ", fəaliyyət istiqamətinə uyğun olaraq” sözləri əlavə edilsin;
5.2.2. 3.1.9-cu yarımbəndin 4-cü abzasının "Əsas icraçı orqan (qurum), fəaliyyət istiqamətinə uyğun olaraq” sütununa "AİH” akronimindən sonra ", AZCON” akronimi əlavə olunsun və həmin abzasda "aralıq nəticələr” sütununa "AİH-in” sözlərindən sonra "və AZCON-un” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III litab), maddə 605 (Cild I) 2.5-ci bəndinə "Holdinqi” sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 23, № 2, maddə 136, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 15.2-ci bəndinə "Holdinqi” sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763, № 11, maddə 1037, № 12 (I kitab), maddələr 1137, 1147; 2026, № 1, maddə 32; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 iyun tarixli 683 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 4-cü hissəsinə "Holdinqinin” sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100 (Cild I) ilə təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissə üzrə:
4.1.1. "2.0”, "2.0.1” və "2.0.2” rəqəmləri müvafiq olaraq "2.1”, "2.1.1” və "2.1.2” rəqəmləri ilə əvəz edilsin;
4.1.2. 2.1.1-ci yarımbəndin üçüncü abzasında "2.0.1-ci” sözləri "2.1.1-ci” sözləri ilə əvəz edilsin;
4.1.3. aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
"2.2. Bu Qaydanın 3.1-ci, 4.1-ci, 4.3-cü bəndlərində, 4.4 – 4.6-cı bəndlərinin birinci cümlələrində, 4.12-ci və 4.13-cü bəndlərində "dövlətə məzxsus hüquqi şəxs” dedikdə idarəetməsinə verilən dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur.”;
4.2. 4.8-ci bəndin birinci cümləsinə "borcalan” sözündən sonra "və idarəetməsinə verilən dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567 (Cild I); 2024, № 7, maddə 803) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın 2.1.1-ci yarımbəndinə aşağıdakı məzmunda 7-ci abzas əlavə edilsin:
"7. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) idarəetməsinə verilmiş hüquqi şəxslər – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) vasitəsilə;”.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; 2025, № 2, maddə 119, № 3, maddə 225, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.0.4-cü və 3.0.5-ci yarımbəndlərə birinci halda "dövlət” sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
6.2. 3.0.8-ci yarımbəndə "Nazirliklə” sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
6.3. 3.0.9-cu və 3.0.35-ci (birinci halda) yarımbəndlərə "dövlətə” sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
Xəbər 44 dəfə oxunub.