Bu gün prezidentlər görüşəcək

Bu gün prezidentlər görüşəcək

Bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın İsveçrənin Bern şəhərində görüşü keçiriləcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə təşkil edilir. Görüşdə əsas müzakirə mövzusu dəyişməz olaraq qalır: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması.

Serj Sarkisyan və İlham Əliyevin görüşü həm cəhbədə, həm də regionda baş verən gərgin münasibətlər fonunda baş tutur. Gərginlik hər iki tərəfin itkiləri ilə müşayiət olunur. Tərəflər cəbhə xəttində hətta ağır silahlarla hərbi əməliyyatlar həyata keçirirlər.

Təkcə ötən gecə Ermənistan tərəfi 3, Azərbaycan ordusu 1 hərbiçisini itirib.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR