Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkü atılacaq
  • İDMAN

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2015/2016 mövsümünün püşkü atılacaq.

"Report"un məlumatına görə, tədbir 19 komandanın iştirakı ilə təşkil olunacaq.

Komandalardan 10-u Premyer Liqa, 9-u I Divizion təmsilçiləridir. Reqlamentə əsasən, 1/4 finaladək və finalda mübarizə tək oyunluq sistemlə aparılacaq. 1/4 final və yarımfinalda isə cütlüklər ev və səfər prinsipi ilə oynayacaqlar. Əvvəlcə I Divizion komandalarından 6-sı 1/8 finala 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Premyer Liqa təmsilçiləri və I Diviziondakı qalan 3 klub yarışa növbəti mərhələdən qoşulacaq.

Püşkatma mərasimi saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Püşkatmaya qatılan komandalar:

Premyer Liqa: "Qarabağ", "İnter", "Qəbələ", "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Sumqayıt", "Rəvan", "Kəpəz", "Zirə".

I Divizion: "Bakı", "Neftçala", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Şəmkir", "Mil Muğan", MOİK, "Şərurspor".

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR