Boksçumuz dünya çempionatında 4/1 finala yüksəldi (VİDEO)

Boksçumuz dünya çempionatında 4/1 finala yüksəldi (VİDEO)

Polşanın Kielts şəhərində keçirilən gənclər arasında boks üzrə dünya çempionatında Azərbaycan milli yığma komandasının gənc təmsilçisi Əli Zamanov 52 kq çəki dərəcəsində erməni rəqibini məğlub edib. 

Aktual.az xəbər verir ki, 16/1 mərhələsində Əli Zamanov R.Qarboyana 3:0 hesabı ilə qalib gələrək 8/1 finala yüksəlib. 

8/1 döyüş mərhələsində boksçumuzun rəqibi Tayland təmsilçisi T.Aonyaem olub. Əli Zamanov rəqibini  3:1 hesabı ilə məğlub edərək 4/1 finala vəsiqə qazanıb. Boksçumuzun növbəti döyüşü Rusiya təmsilçisi E.Zhorov ilə olacaq. 

Bu döyüş Bakı vaxtı ilə saat 16:00 da AİBA-nın rəsmi "Youtube” kanalında göstəriləcək. İdmançımıza bu mübarizədə uğurlar arzulayırıq.
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR