Bələdiyyə sədrinin "dişlədiyi" medal dəyişdiriləcək

 Bələdiyyə sədrinin

Tokio-2020-də softbol yarışında Yaponiyanın qazandığı və ardından Bələdiyyə Sədrinin "dişlədiyi" qızıl medallardan birinin dəyişdirilməsinə qərar verilib.

Qaynarinfo "NTVSpor"a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK agentliyi məlumat yayıb. Məlumata görə iyulun 27-də baş tutan yarışın finalında yaponlar ABŞ-ı 2:0 hesabı ilə məğlub edib. Qalib komandanın oyunçusu Qoto Miyu növbəti həftədə doğulduğu şəhər olan Naqoyanı ziyarət edərkən Bələdiyyə Sədri Kavamura Takaşinin qonağı olub. Görüş zamanı o qazandığı medalı sədrin boynundan asıb. Ardından Takaşi üz maskasınmı çıxararaq medalı "dişləyib". Sosial mediada görüntülər yayılandan sonra Bələdiyyə Sədri sərt tənqidlərlə üzləşib və ertəsi gün "uyğunsuz" davrandığına görə ictimaiyyətdən üzr istəyib. 

Naqoya şəhərinin bağlı olduğu Aiçi Əyalət Valisi Oomura Hideaki idmançının qızıl medalının dəyişdirilməsi üçün aidiyyatı qurumlara müraciət edib. Müraciətdən sonra Yaponiya Olimpiya Komitəsi və Tokio-2020-nin Təşkilat Komitəsi medalın yenisi ilə dətişdirilməsi barədə qərar qəbul edib. 

Softbol yarışlarında ABŞ gümüş, Meksikanı 3:2 hesabı ilə məğlub edən Kanada isə bürünc medal qazanmışdı.
Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR