Bayram Səfərovun 100 minlik avtomobili - FOTO/VİDEO

Bayram Səfərovun 100 minlik avtomobili - FOTO/VİDEO

Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus olduğu bildirilən  bahalı maşınının görüntüsü yayılıb. 

Qaynarinfo-ya daxil olan görüntülərdə icra başçısının "Toyota Sequaia” markalı avtomobildən düşərək Şuşa şəhər İcra Hakimiyyətinin Bakıdakı inzibatı binasına daxil olduğu əks olunur. 

Məlumatlara görə, "Toyata Sequaia” markalı 10 OP 123 dövlət qeydiyyatlı avtomobil Bayram Səfərovun öz adınadır. 

Həmin maşının qiyməti 100 min manata yaxındır. Avtomobilin dövlət nömrə nişanı da prestijli nömrələr kateqoriyasına daxildir. Bu nömrənin qiyməti "qara bazar”da 10 min manatdan artıqdır.

Bayram Səfərov 2009-cu ildən Şuşa şəhər İcra hakimiyyətinin başçısıdır. O ən çox tənqid olunan məmurlardan hesab edilir. 
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR