"Barselona” Almaniyanın "Borussiya Dortmund” klubundan hücumçu Kərim Adeyemini transfer edib.
Aktual.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 24 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Adeyemi ötən mövsüm "Borussiya Dortmund” forması ilə Almaniya çempionatında 28 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xəbər 69 dəfə oxunub.