Bakının məhşur məktəbi 2 həftəlik bağlandı (YENİLƏNİB)

Bakının məhşur məktəbi 2 həftəlik bağlandı (YENİLƏNİB)

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Qaynarinfo-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
 
12.45
 
Bakının Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəb-liseyi 2 həftəlik bağlanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, məktəbdə yoluxma çox olduğu üçün təhsil müəssisəsi karantinə alınıb.

Məsələyə aydınlıq gətirmək üçün təhsil müəssəsilə əlaqə saxladıq.

Məktəbdən məlumatı təsdiq ediblər. Bildirilib ki, həqiqətən də məktəbdə əyani dərslər 2 həftəlik dayandırılıb.
Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR