Bakının bu hissəsində “xruşovka”lar sökülür (FOTOLAR)

Bakının bu hissəsində “xruşovka”lar sökülür (FOTOLAR)

Bakının Yasamal rayonunda "xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

Trend xəbər verir ki, hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

"Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini şirkət aparır. Pilot layihə deyil”, - deyə o əlavə edib.
Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR