Bakının bəzi yollarında tıxac var (SİYAHI)

Bakının bəzi yollarında tıxac var (SİYAHI)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında sıxlıq yaranan ərazilərin siyahısını açıqlayıb.

Bu barədə Aktual.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, hazırda Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsindən istiqamətindən başlayaraq, "20 Yanvar” dairəsi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Heydər Əliyev prospekti – Köməkçi yol ("Koroğlu” metrostansiyasının qarşısından, şəhər mərkəzi istiqamətində), Zabrat şosesi (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Mikayıl Müşfiq küçəsi (Badamdar dairəsindən, eyni zamanda Qurd Qapısı istiqamətində) yollarda sıxlıq var.
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR