Bakıda gənc qız qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib

Bakıda gənc qız qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib

Bakıda qətl hadisəsi olub.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağıərazisində qeydə alınıb.
Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb. 
Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır. 
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR