Bakıda DYP rəisinin işdən çıxarılmasının səbəbi açıqlandı

Bakıda DYP rəisinin işdən çıxarılmasının səbəbi açıqlandı

Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis mayoru Zaur Cəfərovun işdən çıxarılmasının səbəbi açıqlanıb.

Aktual.az-ın report-a istinadən xəbərinə görə, işdən çıxarılmaya səbəb Z.Cəfərovun ötən bir ilin yarısından çoxunu ölkədən kənarda olmasıdır.

Belə ki, polis mayoru bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirib. O, xaricə gedərkən əksər hallarda rəhbərliyə məlumat verməyib. Bu səbəbdən də vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun kürəkənidir.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR