Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Aktual.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR