Pavel Durov beynəlxalq axtarışa verildi

Pavel Durov beynəlxalq axtarışa verildi

Teleqramın qurucusu Pavel Durova qarşı Rusiyada terror fəaliyyətinə yardım ittihamı irəli sürülüb və o, beynəlxalq axtarışa verilib.

Aktual.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Durova qarşı Rusiyanın Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə yardım) üzrə aparılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamın səbəbi Teleqram administrasiyasının Rusiyada terror aktları və təxribatların əlaqələndirilməsi üçün istifadə olunan kanallar və botların silinməsi ilə bağlı tədbir görməməsidir.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR