Mbappedən Zidanın təyinatına ilk reaksiya

Mbappedən Zidanın təyinatına ilk reaksiya

Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe yığmanın yeni baş məşqçisi təyin olunan Zinəddin Zidan barədə paylaşımı ilə diqqət çəkib.

Aktual.az xəbər verir ki, futbolçu Instagram hesabında etdiyi qısa paylaşımda Zinəddin Zidana dəstəyini ifadə edib.

"Evə xoş gəldin" sözlərini yazan Mbappe, əfsanəvi futbolçunun Fransa millisinin sükanı arxasına keçməsini alqışlayıb.

Xatırladaq ki, Zinəddin Zidan iyulun 28-də Fransa millisinin baş məşqçisi təyin olunub. Onun məşqçilər korpusunda sabiq qapıçı Fabyen Bartez və keçmiş futbolçu Bernar Diomed də fəaliyyət göstərəcək.

Futbolçu kimi Fransa millisinin heyətində 108 oyuna çıxan Zidan, 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. O, həmçinin 2006-cı il dünya çempionatının gümüş medalçısıdır.

Məşqçilik karyerasında isə Real Madridə rəhbərlik edən Zinəddin Zidan komandanı ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi edərək tarixi uğura imza atıb.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR