Azərbaycanlı xalq qəhrəmanına həsr olunmuş kitab nəşr olunub - Tbilisidə

Azərbaycanlı xalq qəhrəmanına həsr olunmuş kitab nəşr olunub - Tbilisidə

Tbilisidə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalıya həsr olunmuş "II İrakli və Xudu Borçalı” adlı kitab işıq üzü görüb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, kitabın müəllifi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmətdir.

Kitabda verilən tarixi povest Aspindza döyüşünün qəhrəmanı, igid və cəsur azərbaycanlı Xudu Borçalıya və Gürcüstan tarixində qəhrəmanlıqları ilə şanlı səhifələr yazmış gürcü çarı II İraklinin həyatının ayrı-ayrı məqamları, onların arasında mövcud olan mehriban münasibətlər və digər məqamlar öz əksini tapıb.

Xəbər 1326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR