Azərbaycanlı aktrisaya şəhərin mərkəzində hücum edildi (VİDEO)

Azərbaycanlı aktrisaya şəhərin mərkəzində hücum edildi (VİDEO)

Aktrisa Nərgiz Əliyevaya hücum edilib.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib. N. Əliyeva bildirib ki, hadisə şənbə günü saat 17:00 radələrində paytaxtın "Tarqovı” adlanan ərazisində baş verib.

Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb:

"Maşınımın qapısını açmağa çalışırdı və yumruqlar vururdu. Bir neçə yumruq vurduqdan sonra onu çəkməyə başladım ki, bəlkə çəkinər. Çox qorxmuşdum, yanımda qızım da ola bilərdi. Kənarda duran kişilər də heç nə etmir, baxıb gülürdülər”.

N. Əliyeva saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etməyib, yalnız sosial şəbəkə üzərindən onlara səslənib.
Xəbər 3317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR