"Azdrama"nın evsiz aktyoru maşında gecələyir: Rahat yuxu üçün ölürəm... (VİDEO)


Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi maşında gecələyir.

Qaynarinfo xəbər verir ki, bunun səbəbi onun evinin olmamasıdır.
 
Aktyor gecə saat 4:00-da Votsap-da küçədə gecələməsi ilə bağlı video paşlayıb. Həmin videoda onun Əmircan qəsəbəsi yaxınlığında olması və maşında gecələməsi əks olunur. Aktyor sözügedən videonu paylaşandan az sonra silib. 

Aldığımız məlumata görə, aktyor hər gün teatrdan çıxandan sonra maşını yol kənarında saxlayır və gecəni səhərə kimi maşında yatır. Səhər isə ordan bir başa məşqə gəlir.

Bütün bunlara inanmaq istəməsək də, aktyor Qaynarinfo-ya açıqlamasında yaşadığı acınacaqlı həyatla bağlı danışmaq istəmədiyini dedi:

"Bu barədə danışmaq istəmirəm, hər şey ortadadır. Məşqdən çıxmışam, cox  yorğunam. Maşını bir yerdə saxlayın yatacam. Rahat yuxu üçün ölürəm, səhər məşqdə olmalıyam. Mən küçələrin övladıyam”. 

Xəbər 5819 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR