Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının, ordumuzun döyüş qabiliyyətinin və müasir silah sistemlərindən istifadə bacarığının şahidi oldu. Ən müasir silahların ordumuzun hərbi arsenalında olması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, dövlətimizin müdafiə strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir.

Ölkəmizin təhlükəsizlik qüdrətinin artırılmasında Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti də xüsusi yer tutur. Milli müdafiə sənayesinin inkişafı ordunun müasir silah və texnika ilə təminat imkanlarını genişləndirir, dövlətimizin hərbi potensialını daha da gücləndirir.

Milli Məclisin deputatı Rəşad Mahmudovun fikrincə bu baxımdan "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə və "Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ölkəmizin müdafiə və təhlükəsizlik sahəsində əldə etdiyi imkanların nümayişi üçün geniş platformadır:

"Sərgilər Azərbaycanın hərbi sənaye potensialını, yeni texnologiyalara əsaslanan istehsal imkanlarını və təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini nümayiş etdirir. Sərgi ölkəmizin hərbi arsenalında yer alan müasir silah və texnologiyaların təqdimatı üçün geniş platformadır. Dünyanın inkişaf etmiş ölkələrinin müdafiə sənayesi və təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlərinin sərgidə təmsil olunması "ADEX 2026”nın beynəlxalq əhəmiyyətini daha da artırır. Burada nümayiş etdirilən hərbi texnika, silah sistemləri və yeni texnologiyalar ölkəmizin müdafiə imkanlarını nümayiş etdirməklə yanaşı dünya müdafiə sənayesi ilə əlaqələrinin inkişafını və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsini göstərir.

Prezident İlham Əliyevin "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində nümayiş etdirilən məhsul və texnologiyalarla tanış olması ölkəmizdə müdafiə sənayesinin və təhlükəsizlik sahəsinin inkişafına göstərilən dövlət diqqətinin ifadəsidir.

Deputat qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə qalib Azərbaycan müdafiə sənayesinin imkanlarını davamlı şəkildə genişləndirir:

"Bu siyasət ölkəmizin təhlükəsizlik və müdafiə potensialının daha da gücləndirilməsinə, gələcəyə inamla addımlamasına imkan yaradır və Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır".
Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR