Rusiya hərbi xərcləri rekord səviyyəyə qaldırdı

Rusiya hərbi xərcləri rekord səviyyəyə qaldırdı
  • DÜNYA

Rusiya gələn il müdafiə xərclərini 17,1 trilyon rubla (202,6 milyard dollar) çatdırmağı planlaşdırır. Bu, ölkənin illik büdcəsinin təxminən 35 faizini təşkil edəcək.

Aktual.az xəbər verir ki, bu barədə "Reuters” hökumətin sənədlərinə istinadən yazıb.

Bu göstərici müharibənin başlanmasından bəri rekord səviyyədir. Rusiya yalnız İkinci Dünya müharibəsi dövründə hərbi xərclərə bundan daha çox vəsait ayırıb.

Hökumətin sənədlərinə əsasən, 2027-2029-cu illərdə müdafiə üçün ümumilikdə təxminən 50 trilyon rubl (591,74 milyard dollar) ayrılması nəzərdə tutulur.

Eyni zamanda, Rusiyanın 2026-cı il büdcəsi üzrə kəsir proqnozu ÜDM-in 1,6 faizindən 3,2 faizinə yüksəldilib. Neft və qaz gəlirlərinin proqnozu isə 8,9 trilyon rubldan 7,6 trilyon rubla endirilib.

Bundan əvvəl Rusiya hakimiyyəti 2026-cı il üçün daxili borclanma proqramını 26 faiz artıraraq 5 trilyon rubla çatdırıb. Həmçinin büdcə kəsirinin azaldılması üçün Milli Rifah Fondundan 459 milyard rubl xərclənməsi planlaşdırılıb.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR