FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bu il sentyabrın 15-dək su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 73 nəfərdən 107 nəfərə yüksəlib.

Aktual.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Qeyd edilib ki, xüsusilə çimərlik mövsümündə suda boğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksəlib. Bu isə təxminən 39 faiz artım deməkdir.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR