Azərbaycanda pul bazası 14 faiz artıb

Azərbaycanda pul bazası 14 faiz artıb

Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin may ayı ərzində 915,5 mln. manat və ya 13,61% artaraq iyunun 1-nə 7 641,6 mln. manat təşkil edib.

Aktual.az report-a istinadən bildirir ki, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,3 mln. manat və ya 0,58% artıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə isə 6 726,1 mln. manat təşkil edib.

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR