Azərbaycanda İİV infeksiyasından ölənlərin sayı açıqlanıb

Azərbaycanda İİV infeksiyasından ölənlərin sayı açıqlanıb

"Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İİV-ə yoluxub”.

"Report” xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov keçirdiyi mətbuat konfransda deyib.
O qeyd edib ki, onlardan 529-u Azərbaycan vətəndaşı, 18-i isə əcnəbilərdir: "Bunların 356-sı kişi, 173-ü isə qadındır. İndiyədək  İİV infeksiyasına yoluxduğu təsdiq olunan 6 111 nəfər QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb. Onlardan 4320-si kişi, 1791-i isə qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir”.
E.Muradov bildirib ki, indiyədək Azərbaycanda 950 nəfər İİV infeksiyasından ölüb. Onun sözlərinə görə, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 10 ayı ərzində 115 348 şəxs İİV-ə görə müayinəyə cəlb edilib, 128 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.
 
Aktual.az
Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR