Azərbaycanda eynicinsli insanların nikahına icazə var? - VİDEO

Azərbaycanda eynicinsli insanların nikahına icazə var?   - VİDEO

Dünən Bakıda eynicinsli insanların nikahı təşkil olunub. 

Aktual.az  oxu.az-a istinadən bildirir ki, bu barədə yerli KİV-də məlumat yayılıb.

Məlumatda bildirilir ki, mərasim paytaxtın dəbdəbəli şadlıq saraylarının birində keçirilib.

Bəs Azərbaycanda eynicinsli insanların nikahına icazə varmı? 

Məsələ ilə bağlı vəkil Ruslan Vəliyev oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının (AR) qanunvericiliyində eynicinsli insanların nikahının qadağan olunması ilə bağlı heç bir qanun yoxdur:

"AR Ailə Məcəlləsinin 12-ci maddəsində nikaha girməyə mane olan hallar nəzərədə tutulub. Bu maddəyə əsasən, qardaş-bacı, valideyn-övlad nikahları qadağan olunub. Lakin Ailə Məcəlləsində eynicinsli insanların nikahının qadağa olması ilə bağlı heç bir qanun yoxdur".

Vəkil bildirib ki, nikahı rəsmiləşdirən orqan da qanununvericiliyə əsasən, inasanların evliliyini qeydiyyata alır və ya imtina edir:

"Qanunvericilikdə eynicinsli insanların nikahının qadağan olunması ilə bağlı maddə olmadığından, nikahı rəsmiləşdirən orqan da hüquqi əsas olmadan eynicinsli insanların nikahına qadağa qoya bilməz".

Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR