Azərbaycanda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi (FOTO)

Azərbaycanda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi (FOTO)

Rusiyanın Əməkdar artisti, kino və teatr aktyoru Gennadi Mitrofanov 81 yaşında dünyasını dəyişib.

Aktual.az xəbər verir ki, bu barədə Ümum-Rusiya Karlar Cəmiyyəti məlumat yayıb.

Artist uzunsürən xəstəlikdən vəfat edib.  

Qeyd edək ki, G. Mitrofanov 1940-cı ildə Lənkəran rayonunun Port İliç (indiki Liman) şəhərində anadan olub. İki yaşında soyuqdəymə səbəbindən eşitmə qabiliyyətini itirib. 50 ildən çox Moskva Mim və Jest Teatrında çalışıb. O, həmçinin "Boris Qodunov”, "Dalğalar üzərində qaçan” və "Alçaqlar” kimi filmlərindəki obrazları ilə tanınıb.
Xəbər 915 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR