Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-dən çox artırıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 674,43 milyon kubmetr təbii qaz ixrac edilib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,06 % çoxdur.
Bu ilin mart ayında Azərbaycan Türkiyəyə 1 milyard 20,93 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 10,63 % çoxdur.
Bununla da martda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 23,64 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin mart ayında Türkiyə Azərbaycandan 922,81 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə martda Türkiyə ümumilikdə 4 milyard 317,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,27 % azdır.
Martda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 3-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 806,83 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 33,48 % çoxdur.
Martda üçüncü yerdə Əlcəzair qərarlaşıb. Bu ölkə martda Türkiyəyə 518,76 milyon kubmetr qaz nəql edib. Bu, 2023-cü ilin üçüncü ayı ilə müqayisədə 0,63 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR